19 May 2024
Prezidentdən ÖRNƏK ADDIM: Qısnamaya məruz qalan daun sindromlu qızı məktəbə ÖZÜ APARDI - FOTOLAR

Prezidentdən ÖRNƏK ADDIM: Qısnamaya məruz qalan daun sindromlu qızı məktəbə ÖZÜ APARDI - FOTOLAR

11 Fevral 2022
Baxış: 629

Şimali Makedoniya Prezidenti Stevo Pendarovski daun sindromlu alban qızı məktəbə aparıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat xidməti sosial şəbəkələrdə paylaşıb.

Hadisə fevralın 7-si baş verib. Belə ki, sözügedən aksiya daun sindromlu şagirdin sinif yoldaşları tərəfindən xoş qarşılanmaması və qısnama (bullinq) ilə üzləşməsi barədə yayılan məlumatlardan sonra keçirilib.

Prezident qızın ailəsinə də baş çəkib. Yerli media hadisəyə böyük maraq göstərib və bu, geniş müzakirələr doğurub.