16 May 2024
Prezidentdən gözəl xəttatlıq nümunəsi - FOTO

Prezidentdən gözəl xəttatlıq nümunəsi - FOTO

02 Noyabr 2022
Baxış: 416

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub.

AJMEDİA.İNFO xəbər verir ki, səfər zamanı prezident Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib.

Milli Mücahidlər Muzeyində xatirə dəftərinə ürək sözlərini yazan prezident yazı xəttinin səliqəsi ilə seçilib.

Qeyd edək ki, yazı prosesi masada yox, daş üzərində aparılıb və dəftər kifayət qədər narahat yerdə olub.

Ölkə başçısının səliqəli xətti sosial şəbəkədə görənlərin diqqətini çəkib.

(Oxu.az)