18 May 2024
Prezident yüksək vəzifəli şəxsi İŞDƏN ÇIXARDI - FOTO

Prezident yüksək vəzifəli şəxsi İŞDƏN ÇIXARDI - FOTO

30 Sentyabr 2021
Baxış: 762

“Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO xəbər verior ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sənədə əsasən, Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.

Xatırladaq ki, son illərdə mətbuatda “Azərbaycan” nəşriyyatının binasında acınacaqlı vəziyyətlə bağlı yazılar yer alırdı. Binadakı otaqların nəşriyyata aidiyyəti olmayan şəxslərə icarəyə verilməsi, təmirin həyata keçirilməməsi ciddi narazılıqla qarşılanmışdı. Buna səbəb kimi Ağabəy Əsgərovun fəaliyyətini düzgün qura bilməməsi göstərilirdi.

Prezident Ağabəy Əsgərovu işdən çıxardı