17 May 2024
Prezident Vilayət Quliyevi geri çağırdı - YENİ TƏYİNAT

Prezident Vilayət Quliyevi geri çağırdı - YENİ TƏYİNAT

23 İyul 2021
Baxış: 678

Prezident İlham Əliyev Vilayət Quliyevlə bağlı sərəncam imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, sərəncama əsasən, Vilayət Muxtar oğlu Quliyev Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiyada, İslandiyada və Danimarkada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. O, Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Fotoda: Tahir Tağızadə