18 May 2024
Prezident təqaüdçüsü olan sabiq deputat VƏFAT ETDİ - FOTO

Prezident təqaüdçüsü olan sabiq deputat VƏFAT ETDİ - FOTO

11 Oktyabr 2023
Baxış: 422

Zaqatalanın Aşağı Tala kənd sakini, bir çox orden və medallarla təltif olunmuş, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü Zalxay Həsənova vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, rayona şan-şöhrət gətirənlərdən biri də 1941-ci il dekabrın 31-də dünyaya gələn Zalxay Həsənova olub.

Z.Həsənova öz halal zəhməti, alın təri ilə keçmiş sovetlər birliyi dövründə əmək qabaqcılları siyahısına düşərək, o dövrün ən yüksək ali mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.