17 May 2024
Prezident müğənni Roza Zərgərlinin oğluna ev verdi - FOTO

Prezident müğənni Roza Zərgərlinin oğluna ev verdi - FOTO

06 İyul 2022
Baxış: 522

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova Prezident İlham Əliyev mənzil verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda Corc sosial şəbəkədə paylaşım edib.

O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb.

"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm" deyə, Corc paylaşımına yazıb.(axsam.az)