Balasanyan Azərbaycandan belə qaçıb - YENİ FAKTLAR
9 dəqiqə əvvəlPrezident Dövlət Agentliyinə 6,2 milyon ayırdı - SƏRƏNCAM
09 İyul 2021
Baxış: 513
Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AJMEDİA.İNFO xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.