19 May 2024
Polkovnik Mehman Sadıqov vəzifəsindən AZAD EDİLDİ

Polkovnik Mehman Sadıqov vəzifəsindən AZAD EDİLDİ

27 Dekabr 2022
Baxış: 422

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayının 1-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.