18 May 2024
Polisə "Google" və "Telegram" ofislərinin rəhbərlərini yoxlamağı tapşırıb

Polisə "Google" və "Telegram" ofislərinin rəhbərlərini yoxlamağı tapşırıb

13 May 2023
Baxış: 571

Braziliyanın Federal Ali Məhkəməsi dərc edilən məzmuna görə internet platformalarının məsuliyyətinin artırılmasına dair qanun layihəsinin "Google" və "Telegram"da istifadəçilər tərəfindən tənqidi paylaşımlarının görünməsindən sonra polisə bu platformaların ofislərinin rəhbərlərini yoxlamağı tapşırıb.

Bu barədə "Globo" telekanalı məlumat yayıb.

Məlumata əsasən, polisin araşdırma aparması üçün 60 gün vaxtı var.

Braziliya müxalifəti qanun layihəsini sosialist hökumətinin "feyk" xəbərlərlə mübarizə adı altında söz azadlığını məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirir.

Teqlər: