18 May 2024
Polisdən BÖYÜK ƏMƏLİYYAT: 82 nəfər tutuldu - VİDEO

Polisdən BÖYÜK ƏMƏLİYYAT: 82 nəfər tutuldu - VİDEO

20 Oktyabr 2023
Baxış: 342

Bakıda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb. Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Bundan əlavə, saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri tədbirlər davam etdirilir.