21 May 2024
Polis mayoru özünü ürəyindən GÜLLƏLƏDİ - ŞOK

Polis mayoru özünü ürəyindən GÜLLƏLƏDİ - ŞOK

19 Noyabr 2021
Baxış: 636

Rusiyanın Tver vilayətinin Krasnıy Xolm şəhərində hüquq-mühafizə orqanları polis əməkdaşının iş yerində ölməsindən sonra yoxlamalara başlayıb.

AJMEDİA.İNFO Rusiya mediasına istinadla bildirir ki, noyabrın 17-də “Krasnoxolmski” polis idarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirdiyi müddətdə ona verilmiş xidməti silahı təhvil verməli idi. Lakin təyin olunmuş vaxtda gəlməyib, zənglərə də cavab verməyib.

Bu vəziyyətdən şübhələnən həmkarları xidməti otağının qapısını sındıraraq onu ölü tapıblar.

Məlumata görə, 41 yaşlı mayor ürəyindən aldığı güllə yarasından ölüb. (Lent.az)