18 May 2024
Polis basqın etdi, gəlin QANDALLANDI - Toyda QALMAQAL + FOTO

Polis basqın etdi, gəlin QANDALLANDI - Toyda QALMAQAL + FOTO

17 Yanvar 2024
Baxış: 491

Meksikada gəlin öz toy günü polis reydi zamanı həbs edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Nensi Lisette El Raton adlı qadın mafiya başçısı Klement Mendiola Martinezlə evlənmək niyyətində olub. O, qəsb və qətldə şübhəli bilinir.

Polis toydan xəbər tutub və təyin olunmuş gündə Lisetteni izləyib. Mərasim zamanı polis binaya basqın edərək onu və altı kişini saxlayıb.

Lisette gəlinlik paltarında olarkən əlləri qandallanıb. Martinez isə özü qaçmağı bacarıb. Polis onun harada olduğu barədə məlumatı paylaşan şəxsə 100 000 manata yaxın mükafat vəd edib.(sfera.az)