18 May 2024
Poliqona gedən gənc başına atəş açaraq İNTİHAR ETDİ - ANBAAN VİDEO

Poliqona gedən gənc başına atəş açaraq İNTİHAR ETDİ - ANBAAN VİDEO

22 Oktyabr 2022
Baxış: 406

Türkiyədə atış poliqonuna gedən 25 yaşlı gənc bir neçə atəş açdıqdan sonra nəzarətçi yanınandan uzaqlaşan kimi tapançanı başına dayayaraq intihar edib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib.

Gəncin atəş açaraq qan içində yerə yıxıldığı anlar təhlükəsizlik kamerasına əks olunub.

Kayapınar mahalı Peyas Mahallesi Urfa Bulvarı Altınşehir 1 Plaza altındakı Poliqon21-ə atəş açmağa gedən 25 yaşlı M.S.T., müfəttişin müşayiəti ilə bir neçə atəş açıb. Poliqondakı səlahiyyətli şəxslər vəziyyəti polisə bildirdikdən sonra hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Həkimlər müayinə zamanı 25 yaşlı gəncin dünyasını dəyişdiyini müəyyən edib.

Polis qrupları və prokuror hadisə yerində araşdırmalarını tamamladıqdan sonra 25 yaşlı gənci yarılma üçün Ədliyyə Tibb Təşkilatına aparılıb.

Musavat.com

Poligona atış yapmaya giden genç, gözetmen yanından ayrılınca kafasına ateş edip intihar etti

Poligona atış yapmaya giden genç, gözetmen yanından ayrılınca kafasına ateş edip intihar etti

Teqlər: Türkiyə