06 May 2024
PKK “ağ bayraq” qaldırdı: “Ərdoğanla danışmaq istəyirik” – ŞOK ETİRAFLAR

PKK “ağ bayraq” qaldırdı: “Ərdoğanla danışmaq istəyirik” – ŞOK ETİRAFLAR

02 Noyabr 2021
Baxış: 664

PKK liderlərindən və qurucularından biri Duran Kalkan terror təşkilatının arxasında Avropanın dayandığını etiraf edib.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, terrorbaşı bu barədə ANF telekanalına müsahibəsində danışıb.

Duran Kalkan “həll prosesi”nin necə bitməsinə də diqqət çəkib: “Əvvəla, xarici oyunçular kürd probleminin həllinə və bu əsasda sülh prosesinin inkişafına imkan vermədilər. Əksinə, kürd probleminin həll olunmaması Türkiyədə qarşıdurma yaratdı. Ona görə də publikaya hesablanmış çıxışlarında sanki bir çox güc, bir çox xarici dövlət sülhün, demokratik siyasi həllin tərəfdarı, münaqişənin əleyhinə idi”.

PKK-nın Avropada atəşkəs elan etmək üçün hüquqi zəmin tapa bilmədiyini söyləyən Kalkan bildirib:

“Bizi dəfələrlə məcbur etdilər ki, atəşkəs elan etməyəcəksiniz, müharibəni davam etdirəcəksiniz. Bu, açıq-gizli, şifahi de-fakto münasibət idi. Bizi savaşa məcbur etdilər, həll prosesindən uzaqlaşdırdılar və bunun üçün dalana dirədilər. Heç bir dövlətdən həll ilə bağlı heç bi layihə, təşəbbüs və təklif görmədik. Əksinə, bizimlə münasibət qurdular, düşüncələrimizi, siyasətimizi, niyyətlərimizi öyrəndilər, bizim niyyətimiz həll yolunun tapılması, atəşkəs idi, bunun qarşısını almaq üçün hücuma keçdilər”.

Digər yandan, Kalkan Türkiyə daxilində və xaricində ardıcıl əməliyyatlarla küncə sıxılan PKK-nın yenidən danışıqlar masasına qayıtmaq istədiyini gizlətməyib.

Yeni həll prosesi ilə bağlı “mülayim” mesajlar verən Kalkan deyib:

“Qeyri-mümkün heç bir şey yoxdur. Hər şeyin az da olsa, mümkünlük şansı var. Burada önəmli olan bu imkanları düzgün görmək və bunları doğru dəyərləndirmək, qarşıya qoyulanları reallaşdırmaqdır.Bu mənada Tayyib Ərdoğanı sülh prosesinə razı salmaq olarmı? Bu, çox az ehtimal olunan və imkanlarını böyük ölçüdə tükənmiş vəziyyətdir”.