17 May 2024
Pilotsuz aviataksilər üçün aerovağzal

Pilotsuz aviataksilər üçün aerovağzal

07 Aprel 2021
Baxış: 1281

Çinin “Ehang” şirkəti ekoturizm sənayesində fəal şəkildə istifadə ediləcək pilotsuz taksilər üçün hava limanı terminalı tikmək niyyətindədir. Qeyri-adi struktur İtaliyada tikilməsi planlaşdırıldığından italyan dizayn qrupu “Giancarlo Zema Design Group” ilə birlikdə hazırlanıb.

AJM xarici saytlara istinadla xəbər verir ki, bu məqsədlə “vertiport” adlanan xüsusi aerovağzal yaradılıb. Artıq 2 sərnişin daşıya bilən 40 pilotsuz avtomobil burada sınaq uçuşları həyata keçirir.

Layihə müəllifləri “vertiport”da sərnişinləri bir çox maraqlı və qeyri-adi şeylərin gözlədiyini vəd edirlər. Hava avtomobilində gəzmək üçün sərnişinlər qurğunun yuxarı hissəsində yerləşən qalxma və enmə platformasına liftlə getməli olacaqlar. Təyyarələr üçün üç eniş sahəsi olan açıq teraslar yaradılacaq.

Aerovağzalda sərnişinlər üçün gözləmə otağı, müşahidə göyərtəsi və ətrafdakı mənzərəni 360 dərəcə göstərən bir restoran da nəzərdə tutulub.