16 May 2024
Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

02 Noyabr 2021
Baxış: 478

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 133 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 784 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 708 264, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 969, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 414 295 təşkil edir.