16 May 2024
Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

23 Noyabr 2021
Baxış: 445

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən gün 36 348 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 728, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 922 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 328 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 055 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 532 579, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 740 961 təşkil edir.