18 May 2024
Peskovla Kadırov arasında Fələstin barədə FİKİR AYRILIĞI: "İsraillə əlaqələrimiz..."

Peskovla Kadırov arasında Fələstin barədə FİKİR AYRILIĞI: "İsraillə əlaqələrimiz..."

10 Oktyabr 2023
Baxış: 497

Çeçenistan rəhbəri Ramzan Kadırov ötən gün Fələstini dəstəklədiyini açıqlayıb. O, bildirib ki, Çeçenistan öz hərbi bölmələrini sülhməramlı qismində regiona göndərməyə hazırdır.

“Biz bu konfliktə qarşıyıq və digərlərindən fərqli olaraq, bu münaqişə daha da böyüyə bilər”, - çeçen lider söyləyib.

AJMEDİA.İNFO bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kadırovun sözügedən açıqlamasına reaksiya verib. O, ölkəsinin fələstinlilərlə yaxşı münasibətlər qurduğunu vurğulayıb.

“Bizim fələstinlilərlə tarixi əlaqələrimiz var - müxtəlif, o cümlədən yüksək səviyyədə əlaqələrimizi davam etdiririk. Amma eyni zamanda, Rusiyanın İsraillə də münasibətləri mövcuddur. Ortaq cəhətlərimiz çoxdur, orada yaşayan soydaşlarımız var. Biz münaqişənin hər iki tərəfi ilə münasibət saxlayırıq”, - Peskov əlavə edib.

Mətbuat katibi bildirib ki, Rusiya Qəzza zolağında münaqişənin həllinə yönəlmiş bütün formatlarda iştirak edir. “Biz nizamlanma yolunun tapılmasında yardım göstərmək baxımından səylərimizi davam etdirmək və öz rolumuzu oynamaq niyyətindəyik”, - deyə o, yekunlaşdırıb.

Xatırladaq ki, Fələstin və İsrail arasında müharibə oktyabrın 7-də başlayıb.(sfera.az)