Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili XİLAS ETDİ - FOT...
Cümə 18:00Pensiyası kəsilən 64 yaşlı Quba sakini şikayətçidir - VİDEO
18 Dekabr 2021
Baxış: 579
Qubanın Zərdabi qəsəbə sakini Nüsrət Xeyrullayev pensiyasının kəsilməsindən şikayətçidir.
AJMEDİA.İNFO xəbər verir ki, Onun sözlərinə görə, 2015-ci ildə həyətyanı sahəsində işləyərkən yıxılaraq ayağından xəsarət alıb. Həkimə müraciət edən qəsəbə sakinin vəziyyəti ağır olduğundan elə həmin ildən də ona ikinci qrup əlillik təyin edilib.
N.Xeyrullayev aldığı xəsarət səbəbindən işlədiyi qurumdan da ayrılmaq məcburiyyətində qalıb. O, cari ilin fevralına qədər pensiya alsa da, 5 illik təyin edilən pensiyası kəsilib.
Baku TV-nin çəkilişindən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Nüsrət Xeyrullayevin mövcud sağlamlıq vəziyyəti əyani şəkildə müayinə edildikdən sonra ona 3-cü qrup müddətsiz əlillik təyin edilib.
Ətraflı süjeti təqdim edirik: