06 May 2024
Pensiyalar nə qədər artacaq? - Millət vəkili məbləği AÇIQLADI

Pensiyalar nə qədər artacaq? - Millət vəkili məbləği AÇIQLADI

16 Yanvar 2024
Baxış: 369

"2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq".

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.

"Dövlət Statistika Komitəsinin dünən yaydığı məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb. Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10.8 faizə indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, fond 2023-cü ilin orta aylıq əmək haqqı məbləğində məhz bu qədər artımın qeydə alınacağını gözləyir" - deputat qeyd edib.

Deputat bildirib ki, pensiya artımları orta aylıq əmək haqqının illik artım faizinə uyğun olacaq:

"Ötən ilin ikinci yarısında orta aylıq əmək haqqındakı rəsmi artım aylıq olaraq 11 faizdən çox olub. Bununla yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq. Həmin zaman orta aylıq əmək haqqında illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq".

Çağatay Noqay