06 May 2024
"Paşinyanın yerində olsam, özümü güllələyərdim" - Serj Sarkisyan

"Paşinyanın yerində olsam, özümü güllələyərdim" - Serj Sarkisyan

07 İyun 2021
Baxış: 799

Nikol Paşinyanın yerində olsam, özümü güllələyərdim.

AJMEDİA.info xəbər verir ki, bunu Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan Cermukdakı seçicilərlə görüşündə deyib.

“Müharibə mənim üçün ən mənfur şeydir. Heç vaxt istəməzdim ki, müharibə, hərbi əməliyyatlar olsun. Amma hərbi əməliyyatlardan qorxanlar… bu, belə nəticələrə gətirib çıxarır”, – Sarkisyan bildirib.

Onun sözlərinə görə, əgər Nikol Paşinyanın bir qədər ləyaqəti olsaydı, o, intihar etməli idi:

“And içirəm ki, əgər mən Ali Baş Komandan olsaydım və belə bir vəziyyət yaransaydı, sadəcə özümü güllələyərdim. Kimə lazımdır bu сür həyat?”