06 May 2024
Paşinyanın oğlu akademiyadan qovuldu - FOTO

Paşinyanın oğlu akademiyadan qovuldu - FOTO

07 İyul 2022
Baxış: 407

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan təhsil aldığı akademiyadan qovulub.

AJMEDİA.İNFO "Unikal"a istinadən xəbər verir ki, Ermənistanın dövlət incəsənət akademiyasında oxuyan Aşot Paşinyan dərslərdə iştirak etmədiyi üçün akademiyadan xaric edilib.

Bildirilir ki, Aşot yalnız ilk 3 gün dərsə gedib, ondan sonra o, gəlməyib.

Hətta yerli KİV Aşotun atasının taleyini təkrarladığını yazıb. Məlumata görə, Nikol Paşinyan YDU-nun tələbəsi olanda o dövrün iqtidarından narazı olduğu üçün dərsə getmirmiş.

Paşinyanın oğlu akademiyadan qovuldu - FOTO