18 May 2024
Paşinyanın aparatı üçtərəfli görüş barədə açıqlama verdi

Paşinyanın aparatı üçtərəfli görüş barədə açıqlama verdi

22 Noyabr 2021
Baxış: 775

Ermənistanın Baş naziri Nikol Paşinyanın aparatı Rusiya və Azərbaycan prezidentləri ilə birgə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı yayılan şayiələri təkzib edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə news.ru-ya Paşinyanın aparatından məlumat verilib.

Aparatdan hələ ki, bu barədə hər hansı bir məlumatın olmadığı bildirilib.

Qeyd olunub ki, məsələ barədə informasiya olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, bir müddət əvvəl “Telegram” kanallarında noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə məlumatlar yayılıb.

Həmçinin, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hansısa mərhələdə üçtərəfli görüşə ehtiyacın yaranacağını bəyan edib. Lakin bunun üçün bütün tərəflərin razılığının vacibliyini vurğulayıb.