17 May 2024
Paşinyan sabah Putinlə görüşəcək: Gündəmdə Qarabağ məsələsidir

Paşinyan sabah Putinlə görüşəcək: Gündəmdə Qarabağ məsələsidir

06 İyul 2021
Baxış: 363

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiyaya gedəcək.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, onun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

“Paşinyan və Putin Ermənistan-Rusiya strateji gündəliyindəki məsələləri müzakirə edəcəklər. Tərəflər həmçinin, 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatların icrası, Qarabağın əhalisinə humanitar yardımın verilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər”.