17 May 2024
"Paşinyan Rusiyaya yaltaqlanmaq üçün ailəsi ilə birgə Soçidə dincələcək" - Erməni KİV

"Paşinyan Rusiyaya yaltaqlanmaq üçün ailəsi ilə birgə Soçidə dincələcək" - Erməni KİV

20 Avqust 2021
Baxış: 1639

Ermənistanın Baş naziri Nikol Paşinyan 26 avqustdan etibarən Rusiyanın Soçi şəhərində ailəsi ilə birlikdə istirahət edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Baş nazirin istirahət üçün Rusiyanı seçməsi isə ölkədə növbəti “yaltaqlıq” kimi qəbul olunub. Belə ki, Nikol Paşinyan bu səfərlə Rusiya ilə pisləşən münasibətlərin düzəldiyi imicini formalaşdırmaq niyyətindədir.

Ermənistanın baş nazirinin Soçidə “isti qarşılanma” gözlədiyi də qeyd olunur.

Erməni lider ölkə mətbuatının yazdığı kimi “yaltaqlanmaq” üçün çıxdığı səfərdə həmçinin daxildəki rusiyapərəst qüvvələrin narazılığını aradan qaldırmağı hədəfləyir.