19 May 2024
Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

15 Sentyabr 2021
Baxış: 285

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb.

AJMEDİA.İNFO-nın məlumatına görə,“bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanın 2010-cu ilin inzibati bölünməsini de-yure qəbul etdiyini açıq şəkildə bilsinlər”, - deyə o bildirib.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl Gorus-Qafan yolundakı hadisənin şərhi zamanı Azərbaycan toponimlərindən istifadə edərək hadisənin Eyvazlı və Çayzəmi yaxınlığında baş verdiyini bildirmişdi.

Mənbə: “Sputnik Ermənistan”