17 May 2024
Parisdə kişi iki qadını girov götürdü

Parisdə kişi iki qadını girov götürdü

20 Dekabr 2021
Baxış: 469

Fransa paytaxtı Parisin 12-ci dairəsində bıçaqlı kişi iki qadını girov götürüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə Aliqr küçəsində yerləşən mağazada baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 50 yaşlı kişi psixi pozğunluqdan əziyyət çəkir. Onun Fransanın ədliyyə naziri Erik Düpon-Moretti ilə danışmaq istədiyi bildirilir.

Hadisə yerinə polisin xüsusi əməliyyat-axtarış və çevik reaksiya briqadasının dəstəsi gəlib.