18 May 2024
Paris erməniləri dəstəkləyir, "Total" isə Azərbaycandan yeni layihələr istəyir

Paris erməniləri dəstəkləyir, "Total" isə Azərbaycandan yeni layihələr istəyir

31 Avqust 2023
Baxış: 596

Avqustun 31-də Azərbaycan prezidenti İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib

Dövlət başçısına “Total Energies”in operatoru olduğu layihədə “Abşeron” yatağında hasilatın başlanması barədə dövlət başçısına məlumat verilib.

Puyanne qeyd edib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi perspektivi müzakirə edilib.

* Abşeron Bakıdan 100 kilometr cənub-şərqdə Xəzərdə qaz-kondensat yatağıdır. İlkin qaz ehtiyatları 350-360 milyard kubmetr, kondensat 45 milyon ton qiymətləndirilir.

Əvvəlcə “Abşeron” layihəsində iştirak payı aşağıdakı kimi bölüşdürülüb: Total (operator, 50 faiz) və SOCAR (50 faiz). 4 avqust 2023-cü ildə Abu Dhabi National Oil Company yataqda 30 faiz, Total və SOCAR isə 35 faiz pay alıblar. turan.az