19 May 2024
Özbəkistan Prezidenti Qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik edib

Özbəkistan Prezidenti Qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik edib

31 Mart 2021
Baxış: 1374

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edib.

AJM-nın məlumatına görə, Şavkat Mirziyoyev deyib:

“Fürsətdən istifadə edərək bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını Dağlıq Qarabağın qaytarılması və tarix ədalətin bərpası münasibətilə təbrik etmək istəyirəm. Özbəkistan bu prosesə töhfə vermək üçün hazırdır. Biz qədim abidələrin, məscidlərin, mədəni maarifləndirmə məkanlarının bərpası haqqında danışmışıq. Biz hazırda bu istiqamətdə fəaliyyətimizi azərbaycanlı həmkarlarımızla davam etdiririk”.