19 May 2024
Ötən il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlandı

Ötən il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlandı

18 Yanvar 2022
Baxış: 380

Ötən il qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitə çıxarılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov daxili işlər orqanlarının 2021-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib.

Nazir bildirib ki, 174 tondan artıq narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib.

V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməkliyinin vacibliyini, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirilidiyini xüsusi vurğulayıb və bu növ cinayətlərin açılmasında da fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.

Teqlər: V.Eyvazov