17 May 2024
Onlardan hansı yeni baş nazir olacaq? - Saatlar qaldı...

Onlardan hansı yeni baş nazir olacaq? - Saatlar qaldı...

16 Fevral 2024
Baxış: 440

Azərbaycanda yeni hökumətin formalaşması bu gün reallaşa bilər. Milli Məclisin fevralın 16-da keçiriləcək növbədənkənar iclasında yeni baş nazirin adı məlum olacaq.

AJMEDİA.İNFO xəbər verir ki, Yenisabah.az-ın əldə etdiyi məlumata görə, 3 nəfərin hökumət başçısı postunu tutmaq şansı daha yüksəkdir. Bunlar hazırda baş nazir vəzifəsini icra edən Əli Əsədov, onun müavini Şahin Mustafayev və Prezidentin köməkçisi Şahmar Mövsümovdur. Hakimiyyətin ən yuxarı eşelonunda hər üç namizədin baş nazir postunu tutmağa layiq olduğu düşünülür.

Mənbə namizədlər arasında hazırda baş nazir vəzifəsini icra edən Əli Əsədovun şansının daha yüksək olduğunu bildirib. Onun sözlərinə görə, Əli Əsədov daha bir neçə il hökumət başçısı kimi karyerasını davam etdirə biləcək.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclası bu gün saat 11-də keçiriləcək.