21 May 2024
Omdurman bazarının atəşə tutulması nəticəsində 34 nəfər ölüb

Omdurman bazarının atəşə tutulması nəticəsində 34 nəfər ölüb

12 İyul 2023
Baxış: 536

Sudanın Omdurman şəhərində bazarın atəşə tutulması nəticəsində azı 34 nəfər ölüb.

Bu barədə Xartum əyalətinin Səhiyyə Departamenti məlumat yayıb.

“Omdurman xalq bazarının tacirləri arasında fərq qoyulmadan atəşə tutulması nəticəsində 34 nəfər həlak olub”, - məlumatda vurğulanır.

Qeyd edilir ki, ölənlər arasında uşaqlar da var.

Teqlər: