17 May 2024
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

22 Yanvar 2022
Baxış: 508

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub.

AJMEDİA.İNFO xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 791 nəfərdir. Buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 805 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 791 254, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 212 082, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 727 150, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 852 022 təşkil edir.

Teqlər: COVID-19