18 May 2024
Öküz meydanda oyunçulara HÜCUM ETDİ - ANBAAN VİDEO

Öküz meydanda oyunçulara HÜCUM ETDİ - ANBAAN VİDEO

10 May 2023
Baxış: 382

Fransada reqbi yarışı zamanı paraddan qaçan öküz meydançaya girib.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, reqbi oyunu öncəsi öküzün paraddan meydançaya qaçması xaosa çevrilib.

Perpignandakı Gilbert Brutus stadionunda "Catalan Dragons" və "St. Helens" komandaları arasında keçirilən matçdan əvvəl izdihamın önündə parad baş tutub. Paraddan qaçan öküz oyunçulara hücum edib.Oyunçular qəzəbli heyvanın hücumuna məruz qalmamaq üçün öküzdən qaçıb, reklam lövhələrinin üzərindən tullanıblar. Sonda öküz öz əhilləşdiriciləri tərəfindən tutularaq digər öküzlərlə birlikdə meydandan çıxarılıb.(lent.az)