18 May 2024
Oğuzdakı məktəbdə idman dərsində ölən qızın FOTOSU

Oğuzdakı məktəbdə idman dərsində ölən qızın FOTOSU

19 Oktyabr 2022
Baxış: 456

Xəbər verdiyimiz kimi, Oğuz rayonunda 11-ci sinif şagirdi dərs zamanı ölüb.

AJMEDİA.İNFO metbuat.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarima Əhməd qızı Əzizova məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da dünyasını dəyişib.

İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürək tutması olub.

Məktəb rəhbərliyi baş verən hadisə ilə bağlı şagirdin ailəsinə başsağlığı verib:

"Çalışqanlığı ilə öz yaşıdlarından fərqlənən, ağlı, tərbiyəsi ilə daim seçilən Zarema kimi bir şagirdi itirmək və onun haqqında belə bir məlumatı paylaşmaq bizim üçün olduqca çətindir. Zarema üçün artıq əlimizdən üzülməkdən başqa bir şey gəlmir. Əziz şagirdimiz Zaremanın ailəsinə baş sağlığı verib, Allahdan rəhmət diləyirik! Məkanın cənnət olsun, əziz şagirdimiz!".