20 May 2024
"Ödənişlər pensiya fonduna yox, ciblərinə gedirmiş" - Məşhur aparıcı ANS rəhbərliyini İTTİHAM ETDİ

"Ödənişlər pensiya fonduna yox, ciblərinə gedirmiş" - Məşhur aparıcı ANS rəhbərliyini İTTİHAM ETDİ

19 Yanvar 2023
Baxış: 290

Tanınmış aparıcı Ülvira Qarayeva keçmiş iş yeri ilə bağlı narazılıq edib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Aparıcı sosial ödənişlərini yoxladığını, ANS telekanalının işlədiyi dövrdə pensiya fonduna ödəniş etmədiyini bildirib.

“Bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi. Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş. Hər ay, illərlə soyulmuşam, yağmalanmışam. Bu azmış kimi gələcəyimdən də oğurlanıb”, deyə Qarayeva əlavə edib.

(sfera.az)