17 May 2024
“O vaxt bizə gülürdülər, müxalifət indi bizi təqlid edir” - Paşinyan

“O vaxt bizə gülürdülər, müxalifət indi bizi təqlid edir” - Paşinyan

04 May 2022
Baxış: 481

“Müxalifət 2018-ci il inqilabına güldü, indi də onu təqlid edirlər”.

AJMEDİA.İNFO “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu çərşənbə günü Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Vaaqn Aleksanyanın sualını cavablandırarkən deyib.

Paşinyanın qeyd edib ki, indiki müxalifət hakimiyyət başında olarkən “məxməri inqilab”ın yürüşlərini məsxərəyə qoyub, indi rayonlardan İrəvana qədər belə yürüşləri özləri həyata keçirirlər.

“Onlar o vaxt etirazçıların geyindiyi bel çantalarına gülürdülər, amma indi şəhər mağazalarında bel çantaları ikiqat bahalaşıb. Yəqin ki, satıcılar yeni müştərilərin pula ehtiyacının olmadığını görüblər”, - Paşinyan bildirib.

O, zarafatla qeyd edib ki, tezliklə sahibsiz itlərə də tələbat artacaq:

“2018-ci ildə yürüşümüzdə bizi İrəvana qədər it müşayiət edirdi, indi isə it indiki müxalifətçilərlə getməli olacaq. “İndi onlar etiraf etməlidirlər ki, ya dövlət çevrilişi istəyirlər, ya da biz hakimiyyətə demokratik yolla gəlmişik”, - Paşinyan deyib.