18 May 2024
"O ölkəni tərk edin" - ABŞ-dan vətəndaşlarına MÜHÜM ÇAĞIRIŞ

"O ölkəni tərk edin" - ABŞ-dan vətəndaşlarına MÜHÜM ÇAĞIRIŞ

13 Avqust 2021
Baxış: 614

Azərbaycan Respublikasının 10 Noyabr razılaşmasına əsasən Rusiyanın sülhməramlı hərbi kontingentinin nəzarətində qalan Xocavənd şəhərində separatçı-terrorçu erməni rejimi tərəfindən asfaltlama işləri aparılır.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda erməni müxbirlərə Xocalıdakı qanunsuz “rayon administrasiyası”nın “şəhərsalma və yerli özünüidarəetmə şöbəsi”nin müdiri Aleksandr Saqyan danışıb.

“Hazırda Qaregin Njde, K. Avanesyan, V. Xaçatryan küçələri asfaltlanır”- deyə A.Saqyan bildirib.

Xatırladaq ki, bu ilin fevral ayından bəri dəfələrlə Azərbaycan tərəfinin tələbi ilə Rusiya hərbi kontingentinin erməni faşist terrorçusu Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi haqda informasiyalar yayıldı. Lakin sonradan məlum oldu ki, abidə hələ də yerində, elə Q.Njde küçəsində də qalır…