17 May 2024
Nyu-Yorkdan Azərbaycana gətirilən bu məhsula qoyulan məhdudiyyət LƏĞV OLUNDU

Nyu-Yorkdan Azərbaycana gətirilən bu məhsula qoyulan məhdudiyyət LƏĞV OLUNDU

17 Oktyabr 2023
Baxış: 431

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı AQTA-nın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, ABŞ-nin sözügedən ştatında WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə Nyu-York ştatına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.