Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ +...
8 saat əvvəlNyu-Yorkda epidemiyanın pik həddindən sonra ilk dəfə ölənlərin sayı 100-dən az olub
24 May 2020
Baxış: 409
Nyu-York ştatında son sutkada koronavirus qurbanlarının sayı 84 nəfər olub.
AJM RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında bildirib.
O qeyd edib ki, Nyu-Yorkda epidemiyanın pik həddindən sonra ilk dəfə ölənlərin sayı 100-dən az olub.
Xatırladaq ki, ABŞ-da pandemiyadan ölən və yoluxmaların sayı ən çox Nyu-York ştatında müşahidə edilib. Ştatda bir gündə qeydə alınan ölüm sayı 700-dən, yoluxma isə 3000-dən çox olub.