20 May 2024
Nuridə Allahyarova yeni vəzifəyə TƏYİN EDİLDİ

Nuridə Allahyarova yeni vəzifəyə TƏYİN EDİLDİ

04 Sentyabr 2023
Baxış: 429

"Yeni Klinika"ya mətbuat katibi təyin olunub.

AJMEDİA.İNFO xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika"ya (publik hüquqi şəxs) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova təyin edilib.

N.Allahyarova cari ilin fevral ayına qədər Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib. Daha öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, "BakuBus” MMC-də mətbuat katibi vəzifələrində, daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışıb. Nuridə Allahyarova Space telekanalında yayımlanan "Prezident vaxtı" verlişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan "Birlikdə güclüyük" verlişinin aparıcısı olub.