15 May 2024
“Növbətçi həkim otağa 7 dəqiqə sonra daxil olub” - Baş prokurordan yanğınla bağlı AÇIQLAMA

“Növbətçi həkim otağa 7 dəqiqə sonra daxil olub” - Baş prokurordan yanğınla bağlı AÇIQLAMA

09 Yanvar 2024
Baxış: 444

“Respublika Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara məlumat verib”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu hadisə yerində açıqlama verən baş prokuror Kamran Əliyev deyib.

K.Əliyevin sözlərinə görə, dərhal mərkəzə yanğınsöndürmə qüvvələri çağırılıb, qısa müddətdə yanğının qarşısı alınıb.

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.(Qafqazinfo)