17 May 2024
Norveç hökuməti Zelenskinin istədiyini etdi

Norveç hökuməti Zelenskinin istədiyini etdi

30 Aprel 2022
Baxış: 570

Norveç hökuməti Ukrayna müharibəsinə görə limanlarını Rusiya gəmiləri üçün bağlamaq qərarına gəlib.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç dövlət televiziyası "NRK” məlumat yayıb.

Bildirilib ki, Norveç hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək və bu çərçivədə ölkədəki limanlar Rusiya gəmiləri üçün bağlanacaq.

Qərarda Rusiyadan dəniz yolu ilə yük daşınmasının qadağan edilməsi də yer alıb.

Mayın 7-dən etibarən limanların Rusiya gəmiləri üçün bağlanılacağı, balıqçı gəmilərinin isə qadağaya daxil edilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən ay Norveç parlamentində onlayn çıxışında hökumətdən hava hücumundan müdafiə raketləri istəyib və limanlarını Rusiya gəmiləri üçün bağlamağa çağırıb.

Norveç Müdafiə Nazirliyi aprelin 20-də Ukraynaya Fransa istehsalı olan 100-ə yaxın "Mistral” hava hücumundan müdafiə raketi göndərdiklərini açıqlayıb.7NEWS.Az