06 May 2024
Nizami Rəmzinin qızı Namiq Qaraçuxurluya ƏSƏBİLƏŞDİ: “Atamın çörəyini yeyirsən, amma...” - VİDEO

Nizami Rəmzinin qızı Namiq Qaraçuxurluya ƏSƏBİLƏŞDİ: “Atamın çörəyini yeyirsən, amma...” - VİDEO

21 Dekabr 2023
Baxış: 348

Meyxanaçı Namiq Qaraçuxurlu mərhum həmkarı və şair Nizami Rəmzi haqqında çəkilən portret verilişinə gəlib, onun haqda danışmaqdan imtina edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda “O üz” proqramının aparıcısı Ülviyyə Xəlilbəyli məlumat verib.

Mərhumun qızı Namiqin bu addımını pisləyib:

“Namiq atam haqqında nə bilir ki, gəlib verilişə onun haqqında da danışsın. Namiq belinə çanta atıb, məktəbə gedəndə Nizami Rəmzi böyük səhnələrdə konsertlər verən sənətçi idi. Namiq Qaraçuxurlu, Pərviz Bülbülə və digər meyxanaçılar bunlar özlərini xalqa televiziya vasitəsi ilə tanıdıblar. Amma atam xalqın içindən çıxıb, televiziyaya dəvətlər alıb.

Namiq atam haqqında niyə danışsın ki? Qaraçuxurlu özünü atamın yazdığı “Nəcibə” mahnısı ilə reklam edib. O zamanlar atam Namiqin yoluna işıq salmaqda bir “fanar” idi. Meyxana sənətinin ustadı haqqında veriliş edirlər, amma sən güya Moskvadasan əslində isə Bakıda ola-ola gəlmirsən.

Belə insanlar sənətkar haqqında nə danışacaqlar ki? Onlar özləri gərək belə bir sənətkar olsunlar ki, sənətkar haqqında nələrsə danışsınlar. “Aşiqlə canan” mahnısını 7-dən 77-yə hamı bilir ki, Nizami Rəmzinin mahnısıdır.

Onlar həmin mahnının sözlərini dəyişib, oxuyurlar. Sən hansı haqla bu mahnının sözlərini dəyişirsən? Sənin bildiyin nədir ki, Nizaminin yazdığı sözləri dəyişirsən və öz adına çıxarırsan? Sənətdə oğru gərək olmayasan. Sən müəllifin mahnısını necə dəyişə bilərsən?
Yaxşıdır ki, Nizami Rəmzi bu sənəti gözəlləşdirdi. “Avara” sözünü silib atdı və bunlar üçün yol açıldı. Nizami Rəmzinin çörəyini yeyirsiniz, amma Namiq Qaraçuxurlu Bakıda ola-ola Moskvadayam deyir. Heç bilmirdim ki, Bakının ikinci adı Moskva imiş. Cürətə bir bax...”.