19 May 2024
"Niyə bala? Yetimin yanında olduğum üçün?!" - Xoşqədəmdən həbs olunacağı xəbərinə SƏRT REAKSİYA + VİDEO

"Niyə bala? Yetimin yanında olduğum üçün?!" - Xoşqədəmdən həbs olunacağı xəbərinə SƏRT REAKSİYA + VİDEO

23 May 2022
Baxış: 538

Aparıcı Xoşqədəm Hidayətqızı haqqında yayılan həbs tələbi xəbərlərinə açıqlama gətirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda aparıcısı olduğu "Səni axtarıram" proqramında danışan Hidayətqızı hər zaman köməksiz insanlara yardım etdiyi halda haqqında çıxan bu xəbərlərə görə təəssüf hissi keçirdiyini dilə gətirib:

"Səhər baxıram ki, hamı mənə yazır ki "Xoşqədəm xanım salamtçılıqdır?" Həmin vaxt özümü çölə atdım, baxdım gördüm salamatçılıqdır? Mənə yazan şəxsə dedim ki, nəyə görə bu sualı verdiniz? Yazı atdı ki, sizin haqqınızda belə bir xəbər var: "Xoşqədəm Hidayətqızı həbs ediləcək". Haqqımda ittiham qaldırılıb. Niyə bala? Yetimin yanında olduğum üçün?!".

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Xoşqədəm Hidayətqızının həbsinin tələb olunması ilə bağlı xəbərlər yer alıb.