20 May 2024
Niyam tənqidlərə CAVAB VERDİ: "Məsuliyyəti üzərimə götürmüşəm..." + VİDEO

Niyam tənqidlərə CAVAB VERDİ: "Məsuliyyəti üzərimə götürmüşəm..." + VİDEO

14 İyul 2023
Baxış: 416

Xəbər verdiyimiz kimi, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması böyük müzakirələrə səbəb olub. Müştəridən əlavə bu qədər məbləğin tutulması qanunsuz hesab edilib.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı istirahət mərkəzinin sahibi müğənni Niyam Salami açıqlama verib.

O, məkanında ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması haqda tənqidlərə belə münasibət bildirib: “Bura gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansamblla canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?”.