20 May 2024
Niderland müharibə cinayətlərini araşdırmaq üçün Ukraynaya laboratoriya hədiyyə edib

Niderland müharibə cinayətlərini araşdırmaq üçün Ukraynaya laboratoriya hədiyyə edib

05 May 2023
Baxış: 465

Amsterdam Ukraynadakı hərbi cinayətlərin araşdırılması zamanı məhkəmə-tibbi ekspertizası üçün mobil laboratoriyanı Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verəcək.

Bu barədə Niderland Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren “Twitter“ səhifəsində yazıb.

“Niderland BCM-yə mobil məhkəmə-tibbi laboratoriya bağışladığını elan edib. Ukraynada hərbi cinayətlərə dair sübutlar toplayan bizim kimi məhkəmə-tibb qrupları üçün vacibdir”, - Ollonqren yazıb.

O, bunun “təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün çox vacib olduğunu” vurğulayıb.

Teqlər: