19 May 2024
Netanyahunun ailəsinin mühafizəsi LƏĞV EDİLİR

Netanyahunun ailəsinin mühafizəsi LƏĞV EDİLİR

13 Dekabr 2021
Baxış: 461

İsrailin sabiq baş naziri Benyamin Netanyahunun ailəsinin mühafizə xidməti bu gündən etibarən ləğv ediləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Belə ki, Netanyahunun mütəmadi olaraq ailəsinin təhdid edilməsi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq nazirlər komissiyası sözügedən qərarı qəbul edib.

Keçmiş baş nazirin istefasından keçən 6 ay ərzində ailəsi mühafizə və sürücü ilə birlikdə avtomobillə təmin edilir. Həmin müddət dekabrın 13-də bitir.