14 May 2024
Netanyahudan MN-ə tapşırıq: Rəfah da boşaldılır!

Netanyahudan MN-ə tapşırıq: Rəfah da boşaldılır!

10 Fevral 2024
Baxış: 445

İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyinə HƏMAS-ın daha dörd batalyonunun qaldığı Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyəsi planını təqdim etməyi tapşırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Tayms of İsrail” Baş nazirin ofisinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, HƏMAS-ın qalan dörd batalyonunu sıradan çıxarmadan Qəzza zolağında münaqişənin məqsədlərinə nail olmaq mümkün deyil:

“Rəfahdakı genişmiqyaslı əməliyyat mülki şəxslərin döyüş bölgəsindən təxliyəsini tələb edir”.

Qeyd edək ki, İsrailin Rəfaha hücumu zamanı çoxsaylı mülki itki olacağı barədə dəfələrlə xəbərdarlıq edilib.