19 May 2024
Netanyahu: İsrail genişmiqyaslı zəlzələyə hazırlıq təlimləri keçirəcək

Netanyahu: İsrail genişmiqyaslı zəlzələyə hazırlıq təlimləri keçirəcək

24 Avqust 2023
Baxış: 531

İsrail baş nazir Binyamin Netanyahu öz Telegram kanalında bildirib ki, İsrail mümkün zəlzələlərə hazırlıq üçün genişmiqyaslı təlimlər keçirəcək.

“Bu gün mən İsraildə baş verə biləcək zəlzələyə hazırlaşmaq üçün fövqəladə hallara hazırlıq üzrə nazirliklərarası komissiya çağırdım. Noyabrda biz genişmiqyaslı təlimlər keçirəcəyik, əhalinin erkən xəbərdarlıq imkanlarını təkmilləşdirəcəyik və ən təhlükəli yerlərdə yerləşən binaların gücləndirilməsinə çalışacağıq”, - deyə Netanyahu bildirib.

ajmedia.info